“Neftçi” ciddi itki ilə üzləşib. “Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayev 5 ay yaşıl meydasnlardan uzaq qalacaq.  

Axil vətərinin total cırılması diaqnozu qoyulan qapıçıilə əməliyyat olunacaq. Qeyd edək ki, Emil Balayev mövsüm başa çatan kimi “Səbail”dən “Neftçi”yə keçmişdi.